“Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.
“Neftçi” klubu ona gələcək fəaliyyətində uğurlar arzulayır.