Şərif Şərifov Avropa çempionu oldu

11-04-2019, 00:00           
Şərif Şərifov Avropa çempionu oldu
Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.

Virtualaz.org bildirir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini 9:1 yenərək, karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Şərif Şərifovun daha əvvəl Olimpiya və dünya çempionluğu var.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru