“Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib

6-03-2021, 07:39           
“Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib
Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Ronaldo 2016-cı ildə "kral klubu"nun səfiri təyin olunduqdan sonra əmək müqaviləsi olmadan hər il madridlilərdən 1 milyon avro məvacib alıb.

Unikal.org "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi veteran hücumçunun gəlirləri barədə vergi orqanlarına məlumat verilməsinə ehtiyac duymadığı üçün onunla müqavilə imzalamayıb. Bu proses 2 il davam edib.

Ronaldo ilə yanaşı, keçmiş futbolçular Roberto Karlos və Raul Qonsalesə də qeyri-qanuni yolla maaş ödənilib.

Qeyd edək ki, Ronaldo 2002 - 2007-ci illərdə "Real Madrid"də çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru