"Qalatasaray" daha 3 legioneri ilə vidalaşır 12-03-2021, 23:08 Türkiyənin "Qalatasaray" klubunun cari mövsümün sonunda vidalaşacağı futbolçular müəyyənləşib."Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda 3 oyunçusu ilə yollarını ayıracaq.Bunlar uruqvaylı müdafiəçi Marselo Saraççi, nigeriyalı yarımmüdafiəçi Oqenekaro Etebo və onun həmyerlisi Valentin Ozornvafordur.Qeyd edək ki, "Qalatasaray" 2 gün öncə legioneri Yunes Belhandanın müqaviləsini birtərəfli qaydada ləğv edib. Facebook-da paylaş