Tokio-2020: Medallara görə ən çox pul ödəyən ölkələr müəyyənləşib

12-08-2021, 00:04           
Tokio-2020:
"Forbes" maliyyə-iqtisadi jurnalı Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçılarına ən böyük məbləğdə pul ödəmiş ölkələrin reytinqini açıqlayıb.

Cebhe.info xəbər verir ki, siyahıya öz medalçılarına 9,07 milyon dollar verən İtaliya başçılıq edir. Bu ölkə 10 qızıl, 10 gümüş və 20 bürünc medal qazanıb.

İkinci yerdə 39 qızıl, 41 gümüş, 33 bürünc medala görə 7,84 milyon dollar sərf etmiş ABŞ qərarlaşıb. Üçüncü yeri isə 10 qızıl, 12 gümüş, 11 bürünc medaldan ötrü 6,51 milyon dollar xərcləmiş Fransa tutur.

Ən böyük ödəniş etmiş ölkələrin reytinqi:

1. İtaliya (9,07 milyon dollar)

2. ABŞ (7,84)

3. Fransa (6,51)

4. Macarıstan (5,64)

5. Tayfan (4,92)

6. Yaponiya (4,03)

7. İspaniya (2,55)

8. Türkiyə (2,26)

9. Serbiya (2,01)

10. Honq Konq (1,93)

Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilib.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru