Messi PSJ azarkeşlərinə müraciət etdi

12-08-2021, 07:19           
Messi PSJ azarkeşlərinə müraciət etdi
Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol komandasının futbolçusu Lionel Messi klubun azarkeşlərinə müraciət edib.

Publika.az xəbər verir ki, argentinalı hücumçu bu barədə "Instagram"dakı hesabında yazıb.

"Həyatımda yeni mərhələyə başlayıram və bunu böyük motivasiya və hər gün yeni şeylər öyrənməyə davam etmək arzusu ilə edirəm. PSJ hədəflərinə nail olmaq üzərində işləyəcəyik”, - Messi sosial şəbəkədə bildirib.

Qeyd edək ki, avqustun 5-də İspaniyanın "Barselona" klubu ölkə çempionatının maliyyə qaydalarına görə Messinin komandadan getdiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru