Dolları eyvandan səpələyən idmançı yığmaya qaytarıldı

16-08-2021, 15:50           
Dolları eyvandan səpələyən idmançı yığmaya qaytarıldı
Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov yığmaya qaytarılıb.
Oxu.Az xəbər verir ki, Mövlud Mirəliyevin çalışdırıcısı olduğu yeni məşqçilər heyəti ona yığmada yenə şans vermək qərarına gəlib.

Hazırda Elmar Qasımov əsas komanda ilə birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, idmançı daha çox sosial şəbəkələrdə paylaşımları ilə diqqəti özünə çəkmişdi. O, videolarında dolları eyvandan küçəyə səpələdiyini, dollarla özünü yellədiyini və ya bahalı kürü yediyini göstərirdi.

Azərbaycan Cüdo Federasiyası isə həm bu hərəkətlərinə, həm də zəif nəticələrinə görə onu iyunda yığmadan uzaqlaşdırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru