Məhəmməd Əlinin peşəkar karyerasına nokautla başlayan nəvəsi: “İrs davam edir” - VİDEO

17-08-2021, 08:06           
Məhəmməd Əlinin peşəkar karyerasına nokautla başlayan nəvəsi: “İrs davam edir” - VİDEO
Amerikalı boksçu Niko Əli Uolş peşəkar rinqdə ilk qələbəsindən sonra duyğularını bölüşüb.

O, özünün “Instagram” hesabından bildirib ki, babası - boks əfsanəsi Məhəmməd Əlinin “hekayəsini” davam etdirdiyi üçün qürurludur.

“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm! Mən ilk və son dəfə peşəkar bir döyüşçü olaraq babamın şortunu geyinərək, onu da özümlə rinqə gətirdim. İndi deyə biləcəklərimlə böyük qürur duyuram: İrs davam edir!”, - deyə o, sosial şəbəkə hesabında bildirib.

Xatırladaq ki, Niko Əli Uolş bir gün əvvəl həmyerlisi Cordan Uiksi ilk raundda bir dəqiqədən də az müddətdə texniki nokautla məğlub edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru