Çempionlar Liqası: “Şerif”dən darmadağın, “Monako” öz meydanında uduzdu

18-08-2021, 07:08           
Çempionlar Liqası: “Şerif”dən darmadağın, “Monako” öz meydanında uduzdu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin görüşlərinə start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda - 23:00-da başlayıb.

"Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 19-cu dəqiqədə Pedrinyo vurub.

Moldovada "Şerif"lə üz-üzə gələn Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası 0:3 heabı ilə uduzub. Meydan sahiblərinin heyətində 45 və 80-ci dəqiqələrdə Adama Traore, 54-cü dəqiqədə isə Dimitris Kolovos fərqlənib.

Avstriyada Danimarka "Bröndbü"sü ilə qarşılaşan "Zalsburq" əzmkar qələbə qazanıb. Matçda hesabı danimarkalılar açıblar. Mikael Urye 4-cü dəqiqədə komandasını önə çıxarıb.56-cı dəqiqədə Kərim Adeymi tarazlığı bərpa edib. Əsas vaxtın sonuncu dəqiqəsində isə Brenden Eronson "Zalsburq"a qələbə qazandıran qola imza atıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. "Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:1

Qol: Pedrinyo, 19



23:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Adama Traore, 45; 80, Dimitris Kolovos, 54



23:00. "Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1

Qollar: Kərim Adeymi, 56, Brenden Eronson, 90 - Mikael Urye, 4

Qeyd edək ki, bu mərhələnin digər matçları avqustun 18-də olacaq./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru