Avropa Liqası: Pley-off mərhələsi darmadağınla başlayıb
18-08-2021, 07:26
UEFA Avropa Liqasında pley-off mərhələsi start götürüb.
"Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Serbiyada Rumıniyanın ÇFR klubu ilə qarşılaşan "Srvena Zvezda" rəqibin qapısından 4 cavabsız top keçirib. Qolları 5-ci dəqiqədə Milan Pavkov, 38-ci dəqiqədə Aleksandar Katai, 68-ci dəqiqədə Əl-Fərdu ben Nabuan, və 77-ci dəqiqədə Mirko İvaniç vurublar.
Beləliklə, ilk oyunda böyük hesablı qələbə qazanan "Srvena Zvezda" demək olar ki, cütün taleyini həll edib.