Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək
18-08-2021, 08:01
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) və Avropa Liqasında (AL) pley-off mərhələsinin digər oyunları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə ÇL-də 3, AL-də isə 1 qarşılaşma baş tutacaq.
Çempionlar Liqasında "Benfika" Portuqaliyada Niderlandın PSV klubunu qəbul edəcək. Digər oyunlarda İsveçin "Malmö" komandası Bolqarıstanda "Lüdoqorets"i ilə, İsveçrə "Yanq Boyz" isə Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək.
Avropa Liqasında "Seltik" Şotlandiyada Niderlandın AZ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.