Şahmat üzrə Avropa çempionatı: Gülnar Məmmədova 5-ci yerə yüksəlib

18-08-2021, 07:16           
Şahmat üzrə Avropa çempionatı: Gülnar Məmmədova 5-ci yerə yüksəlib
Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Gülnar Məmmədova Laura Unuk (Sloveniya) üzərində qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb. Bu nəticə ilə o, 5-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva Marina Brunello (İtaliya), Xanım Balacayeva Mariya Qevorqyan (Ermənistan), Xəyalə Abdulla Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar.

Günay Məmmədzadə serbiyalı İnjac Teodora, Gövhər Beydullayeva Nino Batsiaşvili (Gürcüstan), Zeynəb Məmmədyarova Anna Qvantseladze (Rusiya), Türkan Məmmədyarova Anna Kubova (Çexiya), Ayan Allahverdiyeva isə Petronela Paraşiv (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Andrea Navroteskuya (Fransa) məğlub olub.

Səkkiz turdan sonra G.Məmmədzadə 5,5, Ü.Fətəliyeva, G.Beydullayeva, X.Balacayeva 5, Zeynəb Məmmədyarova 4, T.Məmmədyarova, X.Abdulla 3,5, N.Babayeva 3, A.Allahverdiyeva 2,5 xal toplayıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru