Ronaldu gələcək karyerasına aydınlıq gətirdi – FOTO

18-08-2021, 07:48           
Ronaldu gələcək karyerasına aydınlıq gətirdi – FOTO
“Yuventus”un hücumçusu Kriştianu Ronaldu gələcək karyerası ilə bağlı açıqlama yayıb.

Ulduz futbolçu “Real”a qayıdışı ilə bağlı şayiələri “Instagram” səhifəsində şərh edib.

“Məni tanıyan hər kəs bütün diqqətimi işimə cəmlədiyimi bilir. Az danışıb, çox iş görmək – karyeramın ilk günündən mənim şüarımdır. Lakin son günlərdə danışılanlar məni öz mevqeyimi bildirməyə məcbur edir... Mənim “Real”dakı tarixim artıq yazılıb. Sözlər, rəqəmlər, mükafatlar və titullarla. Bunlar “Bernabeu” stadionundakı muzeydə və hər bir azarkeşin yaddaşındadır”, - deyə ulduz futbolçu bildirib.

O, hər zamankı kimi işinə sadiq qaldığını, qalan şeylərin isə sadəcə söz-söbət olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru