Ronaldunun Bakıya gələcəyi tarix açıqlandı

19-08-2021, 11:27           
Ronaldunun Bakıya gələcəyi tarix açıqlandı
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu proqram əsasında Kriştianu Ronaldunun kapitanı olduğu komandanın Bakıya gələcəyi tarix bəllidir.

Fernandu Santusun yetirmələri sentyabrın 6-da Bakıya gələcək və millimizlə qarşılaşma üçün son məşqinə çıxacaq. Bir gün sonra isə millimizlə qarşılaşma olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru