Mahir Emreli "Legiya"nın heyətində Avropa Liqasında ilk qolunu vurub
20-08-2021, 00:02
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində UEFA Avropa Liqasında ilk qolunu vurub.
"Report"un məlumatına görə, 24 yaşlı hücumçu pley-off mərhələsinin Çexiyada "Slaviya" ilə ilk görüşündə fərqlənib. Meydana start heyətində çıxan Emreli 20-ci dəqiqədə hesabı açıb. Hazırda "Legiya" bu qolla öndədir - 1:0.