“Qarabağ” “Aberdin”ə qalib gəldi – Konfrans Liqası

19-08-2021, 22:28           
“Qarabağ” “Aberdin”ə qalib gəldi – Konfrans Liqası
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Busaat.az xəbər verir ki, turnirdəki iştirakçılarımızdan əvvəlcə “Qarabağ” meydana çıxıb.

Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş “Qarabağ”ın qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.

19 avqust

Konfrans Liqası

Pley-offun ilk oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya) – 1:0
Qol: Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru