Şahmatçılarımız Avropa çempionatında mübarizəni davam etdirirlər

20-08-2021, 08:04           
Şahmatçılarımız Avropa çempionatında mübarizəni davam etdirirlər
Avqustun 19-da Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 10-cu turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, çempionatın son turlarında mübarizə daha da gərginləşir. Təmsilçilərimiz Gülnar Məmmədova Aleksandra Maltsevskaya (Rusiya), Günay Məmmədzadə Lara Şulze (Almaniya), Xanım Balacayeva Yekaterina Pavlidou (Yunanıstan), Xəyalə Abdulla Stephanie Matasaruya (Rumıniya) qalib gəliblər. Gövhər Beydullayeva Olqa Qirya (Rusiya), Turkan Məmmədyarova Anna Gvantseladze (Rusiya), Ülviyyə Fətəliyeva Qerqana Peiçeye (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva Louise Başilina (Almaniya) ilə heç-heçə ediblər. Zeynəb Məmmədyarova Lilit Mkrtçyan (Ermənistan), Nəsrin Babayeva Dina Belenkayaya (Rusiya) uduzublar.

Qitə çempionatının başa çatmasına 1 tur qalmış G.Məmmədova 6-cı, G.Məmmədzadə 11-ci, G.Beydullayeva 26-cı, X.Balacayeva 31-ci, Ü.Fətəliyeva 38-ci, Zeynəb Məmmədyarova 59-cu, T.Məmmədyarova 67-ci, X.Abdulla 71-ci, N.Babayeva 88-ci, A.Allahverdiyeva 101-ci yerdədirlər.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru