Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub

22-08-2021, 09:48           
Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatında Ukraynanı təmsil edən, azərbaycanlı, 2007-ci il təvəllüdlü Kərimov Vasif Knyaz oğlu birinci yer tutub.

Ukrayna Azərbaycanlıları Radasından (UAR) “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, 46 kiloqramda rinqə çıxan V.Kərimov Avropa çempionatında çıxdığı döyüşlərdə İtaliya, İsrail, Ermənistan və Rusiya idmançılarını məğlub edib.

Qeyd edək ki, Xarkov şəhərində dünyaya gələn V.Kərimov buna qədər Xarkov vilayətinin, Ukraynanın çempionu olub. Kərimovlar ailəsi RAU-nun fəal üzvlərindəndir.report














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru