Messi Bekhemin klubu ilə danışıqlar aparır

22-08-2021, 10:51           
Messi Bekhemin klubu ilə danışıqlar aparır
Fransa PSJ-sinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubu ilə danışıqlar aparır.

"Report"un "Mirror" nəşrinə istinadən məlumatına görə, Devid Bekhem argentinalı hücumçunun karyerasını bitirməmişdən əvvəl özünün komandasında oynamasını istəyir. Bu məqsədlə Bekhem Messi ilə danışıb. 34 yaşlı forvardın bu yaxınlarda Mayamidə bir neçə ev aldığı bildirilir.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən İspaniyanın "Barselona" komandasında oynayıb. Onun bu ilin iyununda başa çatan sözləşməsi uzadılmayıb. Avqustun 10-da Messi PSJ ilə sonradan daha bir mövsüm uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru