Klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcək

23-08-2021, 07:04           
Klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcək
Azərbaycan Premyer Liqasında çıxış edən klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcəklər.

Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis artıq bununla bağlı klubun menecerlərinə tapşırıq verildiyini bildirib:

“Bir həftə, 10 gün əvvəl menecerimizə bildirdim ki, federasiyaya müraciət etsinlər, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları atırlar. Özüm də görürəm ki, buna ehtiyac var”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 3 əvəzetmə qaydasından istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru