Fransa çempionatı: "Nitsa" - "Marsel" matçı davaya görə yarımçıq qalıb

23-08-2021, 07:43           
Fransa çempionatı: "Nitsa" - "Marsel" matçı davaya görə yarımçıq qalıb
Fransa Birinci Liqasının "Nitsa" və "Marsel" komandaları arasında 3-cü turunun matçı yarımçıq qalıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydançaya qaçıblar və oyunçularla dalaşıblar. Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli azarkeşlər meydançaya soxulublar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb. “Get French Football News” bldirib ki, oyun davam etdirillməyəcək.

Qeyd edilir ki, "Marsel" futbolçuları meydançaya çıxmağı və oyunu davam etdirməyi istəməyiblər. Birinci Liqanın reqlamentinə əsasən, komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

Daha əvvəl bildirilirdi ki, "Nitsa"nın kapitanı Dante "Marsel" oyunçularını matçı bitirməyə razı salmağa çalışıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru