Çempionlar Liqasında qrup mərhələsində oynayacaq ilk üç komandanın adına aydınlıq gəldi - VİDEO

25-08-2021, 07:05           
Çempionlar Liqasında qrup mərhələsində oynayacaq ilk üç komandanın adına aydınlıq gəldi - VİDEO
UEFA Çempionlar Liqasında (ÇL) cari mövsümdə qrup mərhələsinə yüksələn ilk üç komanda bəlli olub.

Belə ki, bu gecə pley-off mərhələsinin cavab matçlarına start verilib.

Niderlandda Portuqaliyanın “Benfika” komandasının müqavimətini qırmağa çalışan PSV istəyinə nail ola bilməyib. Görüş qolsuz başa çatdığından ilk matçda 2:1 hesablı qələbə qazanan portuqaliyalılar qrupda oynamaq hüququ əldə edib.

Bolqarıstanda İsveç “Malmö”sü ilə üz-üzə gələn “Lüdoqorets” 2:1 hesablı qələbəyə baxmayaraq, ÇL-də mübarizəni dayandırıb.

İsveçrə “Yanq Boyz”u isə Macarıstanda “Ferentsvaroş”a qalib gəlib - 3:2. Bu nəticə ilk oyunda da eyni hesablı qələbə qazanan qonaqları qrup mərhələsinə yüksəldib.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

PSV (Niderland) – “Benfika” (Portuqaliya) - 0:0
İlk oyun - 1:2

“Lüdoqorets” (Bolqarıstan) – “Malmö” (İsveç) - 2:1
Qollar: Anton Nedyalkov, 10, Pieros Sotiriu, 60 (penalti) - Velko Birmançeviç, 42
İlk oyun - 0:2

“Ferentsvaroş” (Macarıstan) – “Yanq Boyz” (İsveçrə) - 2:3
Qollar: Henri Vinqo, 18, Sami Mey, 27 - Sedrik Zesiger, 4, Kristian Fassnaxt, 56, Feliks Mambimbi, 90+3
İlk oyun - 2:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru