Skott Braun: "Qarabağ"la oyunda böyük izdiham olacağına ümid edirəm"

25-08-2021, 09:06           
Skott Braun:
"Azarkeşlərimiz meydanda 12-ci şəxsdir və bizi irəli aparırlar. Onlar komandaya əlavə ruh verir, bu isə oyunçuların xoşuna gəlir. Ümid edirəm ki, cümə axşamı tribunalarda böyük izdiham olacaq".

"Report"un məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının kapitanı Skott Braun evdə "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl "Eveningexpress"ə açıqlamasında deyib.

36 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə dueli özləri üçün böyük qarşılaşma adlandırıb: "Gənclərin qrup mərhələsinə vəsiqə qazanmaq üçün çalışması əladır. İlk qarşılaşmadakı meydan qorxunc idi. Amma bunun öhdəsindən gəlməyə məcbur olduq. Şərtlər hər iki komanda üçün eyni idi və görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün onlardan üzr istəyəcəyik".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru