"Mançester Yunayted"in futbolçusu əməliyyat olundu
26-08-2021, 19:17
"Mançester Yunayted"in futbolçusu Skott Maktominey qasıq zədəsi səbəbindən əməliyyat olunub.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin bərpa müddəti açıqlanmayıb. Qeyd edək ki, Maktominey "qırmızı şeytanlar"ın yetirməsidir.