Şahmatçılarımız Avropa çempionatına məğlubiyyətsiz başladılar

27-08-2021, 08:11           
Şahmatçılarımız Avropa çempionatına məğlubiyyətsiz başladılar
İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının birinci turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, qitə birinciliyinə təmsilçilərimiz məğlubiyyətsiz başlayıblar. Belə ki, şahmatçılarımız Nicat Abasov Vignir Vatnar Stefansson (İslandiya), Rauf Məmmədov Tarun Kanyamaral (İrlandiya), Vasif Durarbəyli Torstein Torsteinsson (İslandiya), Aydın Süleymanlı Tomas Nilsen (Danimarka) üzərində qələbə qazanıblar. Nicat Məmmədov Dimitrios Pappelis (Yunanıstan), Read Səmədov İvan Sariç (Xorvatiya) ilə heç-heçə ediblər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru