Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020"nin finalına yüksəlib

27-08-2021, 08:56           
Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020"nin finalına yüksəlib
Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020" Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi rumıniyalı Aleks Boloqa olub. Rəqibini məğlub edən V.Şirinli "Tokio-2020"nin finalına yüksəlib. Təmsilçimizin rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Digər cüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşacaq.

Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru