AFFA prezidenti Qarabağ'ı təbrik etdi

27-08-2021, 15:39           
AFFA prezidenti Qarabağ'ı təbrik etdi
AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunu UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik edib.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Ağdam təmsilçisinin ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldiyini xatırladıb.

Abdullayev futbolçulara, məşqçilərə və klub rəhbərlinə təbriklərini çatdırıb: "6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizin bir qədər də irəliləyərək Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ”ın futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru