Ronaldunun “Mançester Siti”yə keçməməsinin səbəbi məlum olub

28-08-2021, 20:13           
Ronaldunun “Mançester Siti”yə keçməməsinin səbəbi məlum olub
İngiltərə “Mançester Yunayted”i ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun “Mançester Siti”yə keçməməsinin səbəbi bəlli olub.

“Report” “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola ilə söhbətdən sonra fikrini dəyişib.

İspaniyalı mütəxəssisin ulduz futbolçuya qarşı soyuq rəftarı və ona əsas heyətdə oynayaqla bağlı təminat verməməsi Ronaldunun qərarında həlledici olub. Nəticədə “Mançester Siti”yə keçməkdən imtina edən təcrübəli forvard doğma klubuna qayıdıb.

Qeyd edək ki, son klubu İtaliya “Yuventus”u olan Kriştianu Ronaldu 2003 – 2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru