Avropa çempionatı: Şahmatçılarımızdan ikisi üçüncü turu qələbə ilə başa vurub

29-08-2021, 09:57           
Avropa çempionatı:
İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda şahmatçılarımız Rauf Məmmədov Vojtech Plat (Polşa), Nicat Məmmədov Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Nicat Abasov Hans Stefansson (İslandiya), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Riad Səmədov Alexander Domalchuk (Ukrayna) ilə heç-heçə ediblər. Təmsilçilərimizdən Aydın Süleymanlı Liviu Dieter Nisipeanu (Almaniya) ilə qarşılaşmada uduzub.

Qeyd edək ki, iki turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru