"Ronaldo imperiyası": Mançesterdə 31 milyon avroluq böyük plan

30-08-2021, 00:04           
"Ronaldo imperiyası": Mançesterdə 31 milyon avroluq böyük plan
Bugünlərdə "Yuventus"dan "Mançester Yunayted"ə transfer edilən Kriştiano Ronaldo ona doğma olan şəhərdə yeni otellər tikdirəcək.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu artıq Mançester şəhərində tikəcəyi otellər üçün yer alıb. Kriştiano otellərin tikintisi üçün 31 milyon avro dəyərində vəsait ayırıb.

150 otaqdan ibarət olacaq lüks otellərdən biri "Newton Street" ərazisində inşa olunacaq. Bu otel dünyada yeddinci "Pestana" markalı tikili olacaq. Otelin adı isə simvolik olaraq "CR7" adlanacaq.

Qeyd edək ki, Ronaldonun vətəni Portuqaliyada və İtaliyanın Turin şəhərində də xeyli bahalı mülkləri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru