Məşhur idmançımız 29 yaşında karyerasını bitirdi

30-08-2021, 12:06           
Məşhur idmançımız 29 yaşında karyerasını bitirdi
Azərbaycanlı karateçi Ayxan Mamayev karyerasını bitirib.

Oxu.Az-ın xəbərinə görə, o, 29 yaşında buna qərar verib. Əldə etdiyimiz digər məlumata görə, o, serjant olduğu Çevik Polis Alayından da ayrılıb.

Qeyd edək ki, Ayxan Mamayev daha çox 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olduqdan sonra məşhurluq qazanıb. O, İslam Həmrəyliyi Oyunlarının üçqat qalibidir (2013-cü ildə İndoneziyanın Palembanq şəhərində həm fərdi, həm də komanda şəklində, 2017-ci ildə Bakıda fərdi şəkildə qızıl medal qazanıb – S.M.).

Altıqat Avropa mükafatçısı olan və 84 kq çəki dərəcəsində çıxış edən Ayxan 2014-cü ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş qitə birinciliyində çempion olan komandamızın tərkibində yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru