Dünyanın ən “bahalı” tenisçilərinin adı açıqlanıb

31-08-2021, 07:59           
Dünyanın ən “bahalı” tenisçilərinin adı açıqlanıb
“Forbes” jurnalı 2021-ci ildə ən çox qazanan tenisçilərin adlarını açıqlayıb.

Siyahının tərtib olunmasında ABŞ Açıq Çempionatından başlayaraq tenisçilərin son 12 aydakı gəlirləri nəzərə alınıb.

Reytinqdə ilk pilləni isveçrəli Rocer Federer tutub. O, son 12 ayda 90.6 milyon dollar qazanıb ki, bunun da yalnız 600 mini turnirlərin mükafat fondundan əldə edilib.

İkinci yeri 60.1 milyon dollarla Naomi Osaka, üçüncü pilləni isə 41.8 milyon dollar qazanan Serena Uilyams tutub. Onların gəlirlərinin, müvafiq olaraq 55 və 40 milyon dollarını kortxarici qazanc təşkil edib.

İlk beşliyə, həmçinin Novak Cokoviç (38 milyon dollar) və Rafael Nadal (27 milyon dollar) daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru