Kriştiano Ronaldo dünya rekordçusu oldu

2-09-2021, 07:17           
Kriştiano Ronaldo dünya rekordçusu oldu
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.

O, bunu DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında rəsmiləşdirib. Qarşılaşmada vurduğu ilk top Ronaldonun Portuqaliya millisində ümumilikdə 110-cu qolu olub.

Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.

Matçın sonunda daha bir qol vuran CR7 dublunu rəsmiləşdirərək həm rekord nəticəni bir az da yaxşılaşdıraraq 111-ə çatdırıb, həm də komandasına qələbə qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru