Ronaldu Azərbaycan millisi ilə oyunu buraxacaq

2-09-2021, 07:27           
Ronaldu Azərbaycan millisi ilə oyunu buraxacaq
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Bakıda Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyununu buraxacaq.

"Report"un məlumatına görə, buna 36 yaşlı hücumçunun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə görərək, cəzalı duruma düşməsi səbəb olub.

Görüşdə dubl edən təcrübəli forvard ikinci qoldan sonra formasını çıxardığı üçün xəbərdarlıq alıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru