DÇ-2022: Almaniya və İngiltərə qələbə qazandı, Belçikadan darmadağın, İspaniya məğlub oldu - VİDEO
3-09-2021, 07:52
Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IV turun növbəti oyunları keçirilib.
İkinci oyun günündə 5 qrupda 11 qarşılaşma baş tutub.
B qrupunda Gürcüstan öz meydanında məğlubiyyətə uğrayıb. İsveç isə doğma divarlar arasında İspaniyadan üstün olub – 2:1.
C qrupunda isə son Avropa çempionu İtaliya ev oyununda Bolqarıstanla bacara bilməyib. Matçda minimal bərabərlik qeydə alınıb. Qrupun digər oyununda Litva öz azarkeşləri önündə Şimali İrlandiyaya 2 top fərqlə uduzub.
F qrupunda Belçika Estoniyaya 5, İ qrupunda isə İngiltərə macarlara 4 qol vurmaqla favorit statusunu təsdiq edib.