İngiltərə millisinin futbolçuları irqçiliyə məruz qaldı

4-09-2021, 07:01           
İngiltərə millisinin futbolçuları irqçiliyə məruz qaldı
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan – İngiltərə matçında xoşagəlməz hadisə yaşanıb.

KONKRET.az xəbər verir ki, oyun zamanı İngiltərə millisinin futbolçuları Rahim Sterlinq və Cud Bellingem irqçiliyə məruz qalıb. Belə ki, yerli azarkeşlər hər iki futbolçunu “meymun” adlandırıb.

İngiltərə Futbol Assosiasiyası məsələ ilə bağlı FİFA-ya şikayət edəcək.

İngiltərə yığması Macarıstanı 4:0 hesabıyla məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru