DÇ-2022-nin seçmə mərhələsi: Fransa xal itirdi, Türkiyə və Niderlanddan asan qələbə

5-09-2021, 09:32           
DÇ-2022-nin seçmə mərhələsi:
DÇ-2022-nin seçmə mərhələsində V turun daha 7 oyunu keçirilib.

Qarşılaşmalar D, F, G və H qruplarında baş tutub.

D qrupunda Fransa səfərdə Ukraynanın müqavimətini qıra bilməyib - 1:1.

F qrupunda İsrail Avstriyanı, Şotlandiya Moldovanı, Danimarka isə Farer adalarını məğlub edib.

G qrupunda yer alan Türkiyə millisi səfərdə Cəbəllütariqlə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 3:0 qələbəsi ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Halil Dervişoğlu, 65-ci dəqiqədə Hakan Çalhanoğlu, 83-cü dəqiqədə isə Kenan Karaman vurub. Bu qrupun digər görüşündə Niderland evdə Monteneqronu darmadağın edib.

H qrupunda isə Xorvatiya səfərdə Slovakiyaya qalib gəlib.

DÇ-2022, seçmə mərhələ
V tur
D qrupu
Ukrayna - Fransa - 1:1
Qollar: Nikolay Şaparenko, 44 - Antoni Marsyal, 50

F qrupu
Farer adaları - Danimarka - 0:1
Qol: Yonas Vind, 85

İsrail - Avstriya - 5:2
Qollar: Manor Solomon, 5, Munas Dabbur, 20, Eran Zahavi 33; 90, Şon Veysman, 59 - Kristof Baumqartner, 42, Marko Arnautoviç, 55

Şotlandiya - Moldova - 1:0
Qol: Dayks, 14

G qrupu
Niderland - Monteneqro - 4:0
Qollar: Memfis Depay, 38 (penalti); 62, Corcinyo Veynaldum, 70, Kodi Qakpo, 76

Cəbəllütariq - Türkiyə - 0:3
Qollar: Halil Dervişoğlu, 54, Hakan Çalhanoğlu, 65, Kenan Karaman, 83

H qrupu
Slovakiya - Xorvatiya - 0:1
Qol: Marselo Brozoviç, 86












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru