DÇ-2022: Belarus - Uels oyununda het-trik və 3 penalti qeydə alınıb

6-09-2021, 00:11           
DÇ-2022: Belarus -
Futbol üzrə 2022-ci il dünya çempionatının Belarus və Uels yığmaları arasında keçirilmiş oyunu dramatik alınıb.

Rusiyanın Kazan şəhərindəki Mərkəzi Stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Qalib komandadan hər 3 qolu kapitan Qaret Beyl vurub. O, 5-ci və 69-cu dəqiqələrdə penaltidən fərqlənib. 90+3-cü dəqiqədə isə Beyl qələbə topunun müəllifi olub.

Daha bir penaltini isə 29-cu dəqiqədə meydan sahiblərindən Vitali Lisakoviç yerinə yetirib. Bundan cəmi 1 dəqiqə sonra Pavel Sedko Belarusun oyunda ikinci və yeganə qolunu vurub.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran Uels E qrupunda 3 oyunla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Belarus isə 4 görüş keçirib və 4-cü yerdə gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru