Rusiyada 84 yaşlı məşqçi pedofiliyada ittiham olunur

6-09-2021, 07:11           
Rusiyada 84 yaşlı məşqçi pedofiliyada ittiham olunur
Rusiyanın Yekaterinburq şəhərində 11 yaşlı qız 84 yaşlı stolüstü tennis müəllimini pedofiliyada ittiham edib.

Məşqçinin artıq 6 aydır ev həbsində olduğu bildirilib. Bu müddət ərzində şəhərdə müəllimin müdafiəsi üçün bir neçə dəfə aksiya keçirilib.

Yaşlı müəllim şagirdini məşqdən qovduqdan sonra müvafiq ittihamla üzləşib.

Qocanın sözlərinə görə, işi aparan müstəntiq onu aldadaraq etiraf sənədinə imza atdırıb.

Hazırda məşqçini 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mənbə: Ren TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru