Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub

6-09-2021, 07:53           
Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub
İspaniyalı tennisçi Karlos Alkaraz ABŞ Açıq Çempionarının ("US Open") dördüncü mərhələsində almaniyalı Peter Qoyovçik üzərində qələbə qazanıb.

Trend-in məlumatına görə, görüş 18 yaşlı ispaniyalının 5:7, 6:1, 5:7, 6:2, 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində K.Alkaraz dörddəbir final mərhələsinə yüksəlib.

Karlos Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub. Dörddəbir finalda ispaniyalı tenisçi Frensis Tiafo (ABŞ) - Feliks Oje-Alyassim (Kanada) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Karlos Alkaraz Professional Tennisçilər Assosiasiyasının reytinqində 55-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru