DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir

6-09-2021, 20:43           
DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək "Al-Tumama" stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub.

Corner.az-ın məlumatına görə, arenanın açılış mərasimi oktaybrın 22-də təşkil olunacaq.

Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 6-cı stadion olacaq. Açılış "Əl-Sədd" və "Əl-Rayan" komandaları arasında Əmir Kubokunun final oyunu zamanı baş tutacaq.

"Al-Tumama" stadionu 40 min azarkeş tutumuna malikdir. Burada DÇ-2022-nin qrup oyunları, 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.

Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru