DÇ-2022-nin seçmə mərhələsi: Danimarka və Norveçdən beş qol, Türkiyə Niderlandda darmadağın oldu

8-09-2021, 07:10           
DÇ-2022-nin seçmə mərhələsi:
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində VI tura start verilib.

İlk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın müqavimətini qıra bilməyib - 1:1.

Son dünya çempionu Fransa Finlandiyaya qalib gəlib - 2:0. D qrupunun digər matçında Bosniya və Herseqovina evdə Qazaxıstanla bacarmayıb.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi isə səfərdə Niderlanda 1:6 hesabı ilə uduzub.

DÇ-2022, seçmə mərhələ
VI tur
7 sentyabr

A qrupu
Azərbaycan - Portuqaliya - 0:3
Qollar: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.

İrlandiya - Serbiya - 1:1
Qollar: Milenkoviç, 87-öz qapısına – Milinkoviç-Saviç, 20

D qrupu
Bosniya və Herseqovina - Qazaxıstan - 2:1
Qollar: Pyaniç, 74-pen. Menalo, 86 – Kuat, 52. Zaynutdinov, 90+5.

Fransa - Finlandiya - 2:0
Qollar: Qrizmann, 25; 54.

F qrupu
Danimarka - İsrail - 5:0
Qollar: Poulsen, 28. Kyaer, 31. Skov Olsen, 41. Dileyni, 58. Kornelius, 90+1.

Avstriya - Şotlandiya - 0:1
Qol: Daykes, 30-pen.

Farer adaları - Moldova - 2:1
Qollar: Olsen, 68. Vatnsdal, 72 – Milinkeanu, 84.

G qrupu
Monteneqro - Latviya - 0:0

Norveç - Cəbəllütariq - 5:1
Qollar: Torstvedt, 23. Haland, 27; 39; 90+1. Sorlot, 59 – Stixe, 43.

Niderland - Türkiyə - 6:1
Qollar: Klaassen, 1. Depay, 16; 38-pen; 54. Til, 80. Malen, 90 – C.Ünder, 90+2.

H qrupu
Rusiya - Malta - 2:0
Qollar: Smolov, 10. Bakayev, 84.

Slovakiya - Kipr - 2:0
Qollar: Şçrans, 55. Kosçelnik, 78.

Xorvatiya - Sloveniya - 3:0
Qollar: Livaya, 33. Paşaliç, 66. Vlaşiç, 90+4.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru