Şahruddin Məhəmmədəliyev üzr istədi 8-09-2021, 07:46 Xəbər verdiyimiz kimi, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasını qəbul edib və 0:3 hesabı ilə uduzub.Pravda.az-ın məlumatına görə, məğlubiyyətə görə yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev üzr istəyib.O, bu barədə özünün instaqram hesabında paylaşım edib:"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik". Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi 5 oyundan sonra 1 xalla qrup sonuncusudur. Facebook-da paylaş