Şahmat Olimpiadası: Azərbaycan yığması ilk gündə 3 görüş keçirib
8-09-2021, 18:29
Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada mübarizəyə başlayıb.
Cebhe.info xəbər verir ki, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv ilk yarış günündə 3 görüş keçirib.
Startda İsveçə 5,5:0,5 hesabı ilə qalib gələn komanda ikinci oyunda Şençjenlə sülhə razılaşıb - 3:3. Kollektiv son qarşılaşmada isə Macarıstana 2:4 hesabı ilə uduzub.
Onlayn Şahmat Olimpiadası
B qrupu
I tur
Azərbaycan - İsveç - 5,5:0,5
II tur
Şençjen - Azərbaycan - 3:3
III tur
Azərbaycan - Macarıstan - 2:4
Qeyd edək ki, ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar. Qrupda ilk iki pilləni tutan komanda pley-offa vəsiqə qazanacaq. Bu qrupda Fransa, Moldova, Hindistan, Sloveniya, Belarus və Misir yığmaları da mübarizə aparır.