IOC Əfqanıstandakı idmançılara humanitar viza almaqda köməklik edəcək

9-09-2021, 10:36           
IOC Əfqanıstandakı idmançılara humanitar viza almaqda köməklik edəcək
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Əfqanıstan idmançılarına ölkəni tərk etmələri üçün humanitar viza almaqda köməklik edəcək.

Bu barədə IOC-un prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında bildirib.

O, Əfqanıstandakı olimpiya ictimaiyyətinə dəstək olacaqlarını söyləyib: "Onlara ölkəni tərk etmələrinə imkan verəcək humanitar vizaların alınmasında köməklik göstərəcəyik. Hazırkı siyasi vəziyyətlə bağlı çətin durumda olan qadın və qızlara xüsusi diqqət ayrılacaq".

Qeyd edək ki, "Taliban" qruplaşması Əfqanıstanda qadınlara idmanla məşğul olmağı qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru