Pele səhhəti barədə açıqlama verib

9-09-2021, 12:19           
Pele səhhəti barədə açıqlama verib
Əfsanəvi braziliyalı futbolçu Pele əməliyyatdan sonra ilk dəfə səhhəti barədə danışıb.

Teref.az APA-ya istinadən bildirir ki, 80 yaşlı futbol "kralı" vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib.

O, instaqram səhifəsindəki paylaşımı zamanı oğlunu xərçəng xəstəliyindən itirən braziliyalı müğənni Roberto Karlosa da başsağlığı verib: "Mən yaxşıyam, artıq sağalıram. Ancaq indi bütün sevgimi və dualarımı dostum Roberto Karlosa çatdırmaq istəyirəm. Tanrıdan ürəyinizə təsəlli verməsini diləyirəm".


Qeyd edək ki, Pele sentyabrın 6-da yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru