UEFA prezidenti: "Real", "Barselona", "Yuventus" rəhbərliyi futbolu öldürməyə çalışırdı”

11-09-2021, 00:33           
UEFA prezidenti:
UEFA prezidenti Aleksander Çeferin Super Liqa yaratmaq cəhdlərinə görə İspaniyanın “Real Madrid", “Barselona" və İtaliyanın “Yuventus” klublarının rəhbərliyini tənqid edib.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

"Onların yeni turnir yaratmaq, eyni zamanda bu mövsümdə Çempionlar Liqasında oynamaq istəmələri çox məzəlidir. Hər üç klubda rəhbərlik səriştəsizdir. Bu oğlanlar futbolu öldürməyə çalışırdılar", - Çeferin deyib.

Qeyd edək ki, aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Tottenhem", İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko", həmçinin İtaliyanın "İnter", "Milan" və "Yuventus" klubları Super Liqanın yaradıldığını elan ediblər. Lakin klubların əksəriyyəti sonrakı bir neçə gün ərzində yarışdan çıxdıqlarını bildiriblər.

Yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Super Liqada qalıb. Mayın 26-dəa UEFA bu klublara intizam tədbirlərini elan edib. KİV-in məlumatına görə, yarışda qalan komandalar Çempionlar Liqasından kənarlaşdırıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru