Ronaldu "Mançester Yunayted"ə qayıdışını dublla qeyd edib

12-09-2021, 00:03           
Ronaldu "Mançester Yunayted"ə qayıdışını dublla qeyd edib
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubuna qayıdışından sonra bu komandanın heyətində ilk rəsmi oyununa çıxıb.

Cebhe.info xəbər verir ki, 36 yaşlı hücumçu "qırmızı şeytanlar"ın evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan təcrübəli forvard Mançester təmsilçisinə dönüşünü dublla qeyd edib. O, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldu komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Brunu Fernandeş, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran "Mançester Yunayted" liderliyə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru