“Arsenal”ın sabiq futbolçusu Braziliya klubuna keçib 12-09-2021, 10:37 “Arsenal” komandasının keçmiş futbolçusu David Luiz karyerasını “Flamenqo”da davam etdirəcək.“Report” xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.34 yaşlı müdafiəçi ilə müqavilə 2022-ci ilin sonunadək qüvvədə olacaq.Xatırladaq ki, Luiz 2019-cu ildən "Arsenal"da oynayır, keçən mövsüm İngiltərədə 20 oyun keçirib və cəmi 1 qol vurub. Facebook-da paylaş