"Formula-1" üzrə İtaliya Qran-prisinin qalibi məlum olub

13-09-2021, 00:07           
"Formula-1" üzrə İtaliya Qran-prisinin qalibi məlum olub
“Maklaren” komandasını pilotu Daniel Rikkardo "Formula-1" üzrə İtaliya Qran-prisinin qalibi olub.

Bu barədə Cebhe.info xarici mətbuata istinadən xəbər verir.

Yarışda ikinci yeri Rikkardonun komanda yoldaşı Lando Norris tutub. Ən güclü üçlüyü "Mercedes"in pilotu Valtteri Bottas qapayıb.

Qeyd edək ki, "Formula-1" Dünya Çempionatının 14-cü mərhələsi olan İtaliya Qran-prisinin dünənki sprint yarışında "Mercedes" komandasından olan Valtteri Bottas qalib gəlib. "Red Bull"dan olan niderlandlı Maks Verstappen ikinci olub. Daniel Rikkardo isə üçüncü nəticəni göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.